eolymp
Yarışlar

PP2. Week 7: April 19 - 25

Robot

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB

Eni 1 olan və hər iki tərəfə sonsuz uzanan zolaq 1x1 ölçülü damalara bölünmüşdür. Bu damaların birində dayanan robot (şəkildə həmin robot kvadratla işarə edilmişdir) bir damadan digərinə hərəkət edə bilər.

Robotun yerdəyişməsi hər bir əmri latın əlifbasının 3 böyük hərfinə - L, R, S hərflərinə uyğun proqramla müəyyənləşir. L əmri icra edildikdə robot bir dama sola, R əmrində bir dama sağa hərəkət edir, S əmrində isə olduğu damada qalır.

Proqramın icrası dedikdə orda yazılan bütün əmrlərin ardıcıl yerinə yetirilməsi başa düşülür.

Robotun neçə müxtəlif damaya getdiyini müəyyənləşdirən proqramı yazın.

Giriş verilənləri

Giriş faylının yeganə sətri robot üçün yazılmış proqram - L, R, S simvollarından ibarət sətirdir. Verilmiş bu proqram 10000 -dən çox olmayan əmrdən ibarətdir.

Çıxış verilənləri

Çıxış faylına bir ədədi - öz proqramını icra edərək robotun gəzdiyi müxtəlif damaların sayını göstərən ədədi vermək lazımdır.

Nümunə

Giriş verilənləri #1
RRSRRLRR
Çıxış verilənləri #1
6