eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Gənclər üçün gül buketi

Gənclər üçün gül buketi

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB

Bu gün 8 Mart olduğu üçün gül buketi hazırlayacaqsınız. Mağazanızda iki növ gül var. Ağ və qırmızı güllər. Hər buket 3 güldən ibarət olmalıdır və buketdə mütləq hər iki növ güldən olmalıdır.

Əgər mağazanızda n sayda ağ və m sayda qırmızı gül olarsa, maksimum neçə buket hazırlaya bilərsiniz?

Giriş verilənləri

Yeganə sətirdə iki tam ədəd nm(0 ≤ n, m ≤ 5 \cdot 10^5) verilir.

Çıxış verilənləri

Hazırlaya biləcəyiniz buketlərin maksimum sayını çap edin.

Nümunə

Giriş verilənləri #1
88 100
Çıxış verilənləri #1
62
Mənbə İnformatika üzrə Azərbaycan Respublika Olimpiadasının yarımfinal mərhələsi (aşağı yaş qrupu), 8 mart 2022-ci il