eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Kart oyunu

Kart oyunu

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB

İndoneziyadan Azərbaycana qayıdarkən, Doha hava limanında növbəti uçuşu gözləyən Səid, Ömər, Fidan və Fuad vaxtlarını "səmərəli" keçirmək məqsədilə kart oynamaq qərarına gəldilər.

Dördlü standart 13 müxtəlif dəyərdə (A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 32) və 4 müxtəlif növdə (, , , ) 52 kartlı dəstə ilə oynayır. Hər oyunçuya 13 kart paylanır. Hər bir oyunçunun kartlarının toplam xalı aşağıdakı kimi hesablanır:

  • hər bir "ace" (A) 4 xal,

  • hər bir "king" (K) 3 xal,

  • hər bir "queen" (Q) 2 xal,

  • hər bir "jack" (J) 1 xal,

  • digər kartlar isə (bu məsələdə onları X ilə işarə edəcəyik) 0 xal sayılır.

Fuad bu oyunu yeni öyrəndiyi üçün, öncə xalları saymağı məşq etdi. Belə ki, n dəfə kart paylandı və Fuad hər dəfəsində öz kartlarının xallarını hesabladı. Sonda isə bütün bu xalları topladı.

İndi o bilmək istəyir ki, xalların cəmini düz hesablayıb ya yox. Bu işdə ona kömək edəcək proqram yazın.

Giriş verilənləri

Birinci sətirdə n (1n10000) tam ədədi verilir. Növbəti n sətrin hər birində uzunluğu 13 olan və yalnız 'A', 'K', 'Q', 'J', 'X' simvollarından ibarət bir sətir - hər oyunda Fuada paylanan kartlar verilir.

Çıxış verilənləri

Çıxışa məsələdə tələb olunan cəmi verin.

Nümunə

Giriş verilənləri #1
1
KAXXAJXQXAXKJ
Çıxış verilənləri #1
22
Giriş verilənləri #2
3
JQXAXJXQXAXKJ
KAXXAJXKXXXKJ
XAXAAJXQXAKKJ
Çıxış verilənləri #2
63
Mənbə 2022 Beynəlxalq Olimpiada Hazırlığ ı Qruplarına Seçmə İ mtahanı 29 Oktyabr