eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Maraqlı ardıcıllıq

Maraqlı ardıcıllıq

Əli boş vaxtlarında maraqlı ardıcıllıqlar düzəltməyi xoşlayır. Bu dəfə o, boş a ardıcıllığı götürdü və onun üzərində n sayda əməliyyat yerinə yetirdi.

i ci əməliyyatda Əli:

  1. a ardıcıllığının sonuna 𝑖 ədədini artırdı.
  2. Daha sonra a nın elementlərini tərsinə çevirdi.

Əli sonda alınan ardıcıllığı unutdu və indi çox narahatdır. Ona ardıcıllığı tapmaqda kömək edin.

Giriş verilənləri

Yeganə sətirdə bir tam ədəd n (1n105) verilir.

Çıxış verilənləri

Çıxışa, yeganə sətirdə boşluqla ayrılmış şəkildə, Əlinin ardıcıllığını verin.

Nümunə

Birinci testi nəzərdən keçirək.

  • Birinci əməliyyatın 1 mərhələsindən sonra a ={1} olur. Birinci əməliyyatın 2 mərhələsindən sonra a = {1} olur.
  • İkinci əməliyyatın 1 mərhələsindən sonra a = {1, 2} olur. İkinci əməliyyatın 2 mərhələsindən sonra a = {2, 1} olur.
  • Üçüncü əməliyyatın 1 mərhələsindən sonra a ={2, 1, 3} olur. Üçüncü əməliyyatın 2 mərhələsindən sonra a = {3, 1, 2} olur.
  • Dördüncü əməliyyatın 1 mərhələsindən sonra a = {3, 1, 2, 4} olur. Dördüncü əməliyyatın 2 mərhələsindən sonra a = {4, 2, 1, 3} olur.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
4
Çıxış verilənləri #1
4 2 1 3
Giriş verilənləri #2
3
Çıxış verilənləri #2
3 1 2
Giriş verilənləri #3
1
Çıxış verilənləri #3
1
Mənbə 2023 Azerbaijan, Semifinals, February 18, 8 - 9 classes