eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Rəngli şarlar

Rəngli şarlar

İp boyunca soldan sağa qırmızı və göy rənglərdə rənglənmiş n sayda şar var. Bu şarlar n simvoldan ibarət s sətri ilə ifadə olunur.

s in i ci simvolu 0 olarsa, soldan i ci şar qırmızı, 1 olarsa göy rəngdə rənglənib.

Siz bu şarlardan bəzilərini yenidən rəngləyərək elə etməlisiniz ki, eyni rəngli yanaşı gələn şarlar olmasın. Bunun üçün ən az neçə şarı yenidən rəngləməlisiniz?

Giriş verilənləri

Yeganə sətirdə şarların rənglərini ifadə edən s (1 ≤ |s| ≤ 105) verilir. Burada |s|, s sətrinin uzunluğunu bildirir.

Çıxış verilənləri

Çıxışa tapşırığın şərtini ödəmək üçün yenidən rəngləməli olduğunuz şarların minimum sayını verin.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
000
Çıxış verilənləri #1
1
Giriş verilənləri #2
10101
Çıxış verilənləri #2
0
Giriş verilənləri #3
10110
Çıxış verilənləri #3
2
Mənbə 2023 Azerbaijan, Semifinals, February 18, 8 - 9 classes