eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Qəribə ardıcıllıq

Qəribə ardıcıllıq

n elementdən ibarət elə a1, a2, ..., an ardıcıllığı düzəldin ki, aşağıdakı şərtlər ödənsin:

  1. 0 < a1 < a2 < ... < an < 106,
  2. ld(a1) = fd(a2), ld(a2) = fd(a3), ..., ld(an-1) = fd(an). Burada ld(x) x ədədinin son rəqəmini, fd(x) isə x ədədinin ilk rəqəmini bildirir. Başqa sözlə desək, bu ardıcıllıqda 2-ci elementdən başlayaraq hər elementin ilk rəqəmi ondan əvvəlki elementin son rəqəminə bərabər olmalıdır. Qeyd edək ki, ədədlər 0 la başlaya bilməz.

Giriş verilənləri

Yeganə sətirdə bir tam ədəd n (1n105) verilir.

Çıxış verilənləri

Çıxışa yeganə sətirdə, tapşırığın şərtini ödəyən hər hansı a1, a2, ..., an ardıcıllığı verin. Zəmanət verilir ki, verilmiş şərtlər daxilində belə bir ardıcıllıq həmişə var.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
4
Çıxış verilənləri #1
1 11 111 1111
Giriş verilənləri #2
5
Çıxış verilənləri #2
3 35 59 92 200
Mənbə 2023 Azerbaijan, Semifinals, February 18, 10 - 11 classes