eolymp
bolt
Try our new interface for solving problems

Falçı

Vasya bu ilin müvəffəqiyyətlə keçməsi üçün nə qədər yaxşı iş görməli olduğunu öyrənmək məqsədi ilə falçıya gəldi. Falçı ona \textbf{N} tam ədəd ehtiva edən siyahı verdi və söylədi ki, onun etməli olacağı yaxşı işlərin sayı bu siyahıdakı elə bir ədədə uyğundur ki, bu ədədin rəqəmlərinin hasili sehirli \textbf{K} ədədinə yaxın olsun. Vasya falçıya inandı və Sizdən ona kömək etməyinizi xahiş edir. Sizə falçının Vasyaya verdiyi siyahıda olan ədədlər və \textbf{K} ədədi verilir. Bu siyahıda elə ədəd tapın ki, onun rəqəmlərinin hasili maksimum \textbf{K}-ya yaxın olsun. Əgər belə ədədlər bir neçədirsə, onlardan siyahıda birinci gələni verin. \InputFile Giriş faylının ilk sətrində iki natural ədəd: siyahıdakı ədədlərin sayını ifadə edən \textbf{N} (\textbf{N} ≤ \textbf{1000}) və sehirli \textbf{K} (\textbf{K} ≤ \textbf{10000}) ədədi verilir. İkinci sətirdə hər biri \textbf{1}-dən \textbf{10000}-ə qədər intervalda yerləşən \textbf{N} sayda natural ədəd verilir. \OutputFile Çıxış faylına siyahıdakı lazım olan ədədi verin.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB
Giriş verilənləri #1
4 5
12 2 61 23
Çıxış verilənləri #1
61