eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Rəhbərin seçkisi

Rəhbərin seçkisi

Orklar Draenor dünyası əhalisinin irqlərindən biridir. Yükcək intellekti ilə fərqlənməyən orklar öz gücləri və döyüş şücaətləri ilə şöhrətlənmişdilər. Hər il müxtəlif qəbilələrdən olan orklar bütün Ordların başçısını seçmək üçün Güclər Vadisinə toplaşırdılar. Yelbeyin insanlardan fərqli olaraq orklar səsvermə yolu ilə seçkilərə həqarətlə baxırdılar( bəli, düzünü desək, bütün bu bülletenlər, seçki qutuları və seçki məntəqəsi əllərində balta və dəyənəkdən başqa heç nə olmayan orklar üçün yad və anlaşılmayan idi). Rəhbərliyə namizədlər bir-biri ilə təkbətək döyüşdə vuruşurdular. Hər bir təkbətək döyüşdə iki namizəd iştirak edirdi, onlardan biri döyüşdən qalib çıxır, digəri isə məğlub olurdu. Bir təkbətək döyüşdə məğlub olan ork namizədlər sırasından çıxarılır və sonrakı döyüşdə iştirak edə bilməzdi. Bütün döyüşlərdən sonra qalib olan Ordların rəhbəri olurdu. Ağsaqqal orklar həmişə seçkiləri müşahidə edirdilər və kimin qalib gələcəyini qabaqcadan duymağı sevərdilər. Lakin heç də həmişə nəinki seçkinin yekunundakı qalibi, hətta konkret bir döyüşdəki qalibi əvvəlcədən sezmək mümkün olmur. Əlbəttə, hər şey vuruşanların gücündən asılıdır, kim güclüdür, o da qalib gəlir. Lakin güclər bərabər olduqda onlardan ixtiyarı biri - kimin ulduzu gətirsə o qalib ola bilər. Ağsaqqallar rəhbər ola biləcək namizədlərin sayını müəyyənləşdirmək üçün proqram yazmaq xahişi ilə sizə müraciət edirlər. \includegraphics{https://static.e-olymp.com/content/75/75f8bcc82c2f66f78d8926559ec7bb0cd04cd988.jpg} \InputFile Giriş faylının birinci sətrində bu il rəhbərliyə namizəd olanların \textbf{N }(\textbf{1} ≤ \textbf{N} ≤ \textbf{1000000}) sayı, ikinci sətirdə isə hər biri bir namizədin gücünü müəyyənləşdirən və \textbf{1}-dən \textbf{10000-}dək aradan olan \textbf{N} sayda tam ədəd yazılır. \OutputFile Çıxış faylında bir ədəd - rəhbər ola biləcək namizədlərin sayı yerləşir.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB
Giriş verilənləri #1
5
1 2 3 4 5
Çıxış verilənləri #1
1
Müəllif vetal_n