eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Misir işarələri

Misir işarələri

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB

Ötən yay məktəbli Vasya Ərəbistanda qonaq oldu. O yalnız indi xatırlayır ki, səfər zamanı çoxlu maraqlı şəkillər çəkməyə də macal tapıb. Bu şəkilləri bir-bir gözdən keçirərkən o, Qiza piramidasının görünüşü ilə daha çox maraqlandı. Bütün heroqliflərlə yanaşı piramidada cəlbedici - 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 işarələri də var idi. Diqqətlə baxan Vasya gördü ki, bu qəribə simvolların hər bir sətri ikinin qüvvətləridir, xüsusilə, birinci sətir 1 simvollarının ardıcıllığı ilə, ikinci sətir 2,..., yüz iyirminci sətir 120 və s. ilə başlayır. Vasya müasir fotoaparatdan istifadə etmiş olsaydı hər şey daha yaxşı olardı, amma onun köhnə "sabunqabısı" piramidanın daha çox işıqlanan hissələrini pis çəkdiyindən bütün simvolları başa düşmək mümkün deyildi və ona görə də uyğun sətirlərdə ikinin qüvvətlərinin dərəcəsini müəyyənləşdirmək çətindir. Vasya simvolların bərpa edilməsini qərarlaşdırdı və nəhayət, n-ci sətirdə yazılmış ikinin qüvvətinin dərəcəsini müəyyənləşdirən proqramı yazmaq üçün kimdənsə xahiş etməyi qərara aldı (Vasya 6-cı sinifdə oxuyur və proqramlaşdırma dilini bilmir).

Giriş verilənləri

Yeganə n (n10^7) ədədi.

Çıxış verilənləri

Çıxışa elə ən kiçik k ədədini verin ki, ikinin k dərəcədən qüvvətinin onluq yazılışı n ədədi ilə başlasın. Əgər Vasya nəyi isə dolaşıq salıbsa və belə ədəd yoxdursa, çıxışa 1 ədədini verin.

Qeyd: Vasya balaca olsa da, heç nəyi dolaşıq salmayıb, əks halda qədim ərəblər belə simvolları öz piramidalarının üzərinə döymə naxış kimi vurmazdılar.

Nümunə

Giriş verilənləri #1
12
Çıxış verilənləri #1
7
Giriş verilənləri #2
134
Çıxış verilənləri #2
27
Müəllif Соболев Е., Соболев Д.