eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Matrisin tərpənməz elementləri

Matrisin tərpənməz elementləri

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB

N sətir və M sütun yerləşən ixtiyari A matrisi istənilən N sətirli və M sütunlu B matrisi kimi kompyuterin yaddaşında NxM oyuq tutur. Sətirlər 0-dan N-1-dək tam ədədlərlə , sütunlar isə 0-dan M-1-dək tam ədədlərlə nömrələnir.

Matris kompyuterin yaddaşında sətir-sətir ardıcıllıqla saxlanılır, A matrisi üçün belə ardıcıllıq A[0,0], A[0,1], ..., A[0,M-1], A[1,0], A[1,1], ..., A[N-1,M-1] kimidir, beləki, ardıcıllığın qonşu elementləri yaddaşın qonşu oyuqlarını tutur.

Əgər istənilən mümkün i j üçün B[i,j]=A[j,i] olarsa B matrisi A matrisinə transponirə olunmuşdur deyəcəyik. Aydındır ki, A matrisi transponirə olunursa o, A matrisinin öz yerinə yerləşə bilər.Onda transponirəyə A matrisinin bəzi elementlərinin yerdəyişməsi kimi baxa bilərik. Həmçinin, aydındır ki, matrisin heç də bütün elementləri həqiqi yer dəyişmir, bəziləri öz yerində qalır. Məsələn, istənilən matrisin transponirəsində birinci sətrin birinci elementi, sonuncu sətrin sonuncu elementi tərpənməz qalır.

Giriş verilənləri

Giriş faylının birinci sətrində testlərin T (0<T<100) sayı olan tam ədədi yerləşir. Sonrakı T sayda sətrin hər birində bir boşluq işarəsi ilə ayrılmış, matrisin ölçüləri olan iki tam N M (0<N, M<2147483648) ədədləri yerləşir.

Çıxış verilənləri

Hər bir test üçün sizin proqram hər birində bir ədəd olmaqla T sayda sətir verməlidir. Bu ədəd-uyğun matrisin tərpənməz elementlərinin sayıdır.

Nümunə

Giriş verilənləri #1
2
3 3
3 5
Çıxış verilənləri #1
3
3