eolymp
bolt
Try our new interface for solving problems

Qurdlar

\textit{Bizə qorxulu deyil boz qurd,} \textit{Boz qurd, boz qurd!} \textit{Harda gəzirsən gic qurd,} \textit{Qoca, qorxunc qurd?} \includegraphics{https://static.e-olymp.com/content/b9/b9f175a242145a3eb1ab434bad3501062c8c4f84.jpg} Hamımıza üç çoşqa - Nif-Nif, Nuf-Nuf, Naf-Naf qardaşları haqqında nağıl yaxşı məlumdur. Nif-Nif özünə samandan ev tikir, Nuf-Nuf şaxlardan və nazik çubuqlardan, Naf-Naf isə öz evini kərpicdən etibarlı və daimi, qala kimi tikir. Qurd çoşqaları yemək üçün gələndə hər kəs öz evciyində gizlənir. Qurd samandan tikilmiş evciyə yaxınlaşır, sinəsini nəfəs alaraq hava ilə tam doldurur və onu evciyə tərəf yavaş-yavaş dama, pəncərəyə, divarlara və s. üfürür. Ona bu evi dağıtmağa və Nif-Nifi yeməyə lap az vaxt gərək olur. Bir qədər çox vaxt Nuf-Nufun şaxlardan düzəldilmiş evini dağıtmağa və onu yeməyə gedir. Amma kərpicdən tikilmiş ev o qədər möhkəm idi ki, onu dağıtmağa Qurdun bütün ömrü bəs etmir... O vaxtdan çox illər keçib. Bu müddət ərzində donuz balaları çoxalaraq \textbf{N}-ə çatıblar. Onların hər biri özünə müəyyən möhkəmlikdə ev tikib. Lakin bu müddət ərzində qurdlar da çoxalıb və onların sayı artıb. İndi \textbf{K} sayda çox acmış qurd var və onlar donuz balalarının hamısını yemək istəyirlər. Bunun üçünsə onların evlərini dağıtmaq lazımdır. Öz əcdadlarının acı təcrübəsindən öyrəndiklərinə görə qurdlar, hər biri eyni vaxtda müəyyən bir evə hücum edəcək bir neçə sürüyə bölünməyi qərara aldılar. Sonra qurdlar bir evdən digərinə keçə bilməzlər. Məlumdur ki, bir qurd \textbf{P }möhkəmlikdə evi \textbf{P} saata, iki qurd \textbf{P/2} saata və s. üfürüb dağıda bilər.\textbf{ K }sayda qurdun \textbf{P} möhkəmlikdə evi dağıtması üçün \textbf{P/K} saat tələb olunur. Qurdlara bütün donuz balalarını nə qədər vaxtda tutub yemək müyəssər olacağını müəyyənləşdirməkdə kömək edin. \InputFile Giriş faylı bir neçə verilənlər komplektindən ibarətdir. Hər bir komplektin birinci sətrində uyğun olaraq qurdların və çoşqaların sayı olan iki tam \textbf{K} və \textbf{N }(\textbf{1} ≤ \textbf{K} ≤ \textbf{10^8}, \textbf{1} ≤ \textbf{N} ≤ \textbf{10^5}) ədədləri yazılır. İkinci sətirdə bir-biri ilə boşluq işarəsi ilə ayrılmış \textbf{N} sayda \textbf{P_1}, \textbf{P_2}, …, \textbf{P_N} tam ədəd yerləşir. Burada, \textbf{P_i} (\textbf{1} ≤ \textbf{P_i} ≤ \textbf{10^9})-\textbf{i}-ci çoşqanın evciyinin möhkəmliyidir. Cütlüyün \textbf{K=N=0} qiymətləri faylın sonunu göstərir. \OutputFile Çıxış faylında bir həqiqi ədədi - qurdlara bütün çoşqaların evlərini dağıtmağa tələb olunan minimum vaxtını \textbf{6} rəqəm dəqiqliyi ilə vermək lazımdır. Bütün evcikləri dağıtmaq mümkün olmadığı halda çıxışa "\textbf{Impossible}" (dırnaqsız) sözünü verməli. Hər bir verilənlər komplekti üçün cavab çıxışa ayrıca bir sətirdə verilir.
Zaman məhdudiyyəti 2 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB
Giriş verilənləri #1
1 3
1 2 1000
5 3
1 2 3
10 3
1 2 3
0 0
Çıxış verilənləri #1
Impossible
1.500000
0.666667