eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Dəyişdirmə

Dəyişdirmə

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB

Milad gecəsi pəncərənin qarşısında soldan sağa olmaqla üç gül: ətirşah, krokus və bənövşə düzülmüşdür. Maşa hər səhər pəncərəni silir və sağda dayanan güllə ortadakı gülün yerini dəyişdirirdi. Tanya isə axşamlar gülləri sulayır və soldakı və ortadakı güllərin yerini dəyişdirirdi. k-cı günün gecəsində güllərin düzülmə ardıcıllığını müəyyənləşdirmək tələb olunur.

Giriş verilənləri

Birinci sətirdə testlərin sayı - t (1t12), sonrakı t sətrin hər birində isə günlərin sayı - k (1k1000) verilir.

Çıxış verilənləri

Çıxışa hər birində k-cı günün sonunda güllərin düzülmə ardıcıllığını təsvir edən (soldan sağa) "G", "C" və "V" (aralarında boşluq işarəsi olmamaqla böyük hərflər) kimi üç latın hərfi olan t sayda sətir verilir. İşarələmələr: G – ətirşah, C – krokus, V – bənövşə.

Nümunə

Giriş verilənləri #1
2
1
5
Çıxış verilənləri #1
VGC
CVG