eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Məhdud ölçülü növbə

Məhdud ölçülü növbə

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 256 MiB

"növbə" verilənlər strukturunu reallaşdırın. Növbəni təsvir edən və verilmiş bütün metodları reallaşdıran növbənin işini modelləşdirən proqramı tərtib edin. Proqram əmrlər ardıcıllığını oxuyur və əmrdən asılı olaraq bu və ya digər əməliyyatı yerinə yetirir. Hər bir əmrin icrasından sonra proqram yeganə sətri verməlidir. Proqram üçün mümkün sətirlər:

push n

Növbəyə n (n ədədinin qiyməti əmrdən sonra verilir) ədədini daxil etmək . proqram ok verməlidir.

pop

Növbədən elementi silmək. Proqram onun qiymətini verməlidir.

front

Proqram elementi növbədən silmədən onun qiymətini verməlidir.

size

Proqram növbədəki elementlərin sayını verməlidir.

clear

Proqram növbəni boşaltmalı və ok verməlidir.

exit

Proqram bye verməli və işi tamamlamalıdır.

Növbənin ölçüsü yalnız əməli yaddaşın mümkün ölçüsü ilə məhdudlaşa bilər. frontpop əmrləri icra olunmazdan əvvəl proqram növbədə heç olmazsa bir elementin olub olmadığını yoxlamalıdır. Əgər giriş verilənlərində front və ya pop əmrinə rast gəlinərsə və növbə bu zaman boş olarsa, onda proqram error sətrini verməlidir.

Giriş verilənləri

Şərtdə verilib. Həmçinin giriş verilənlərinə aid nümunəyə baxın.

Çıxış verilənləri

Şərtdə verilib. Həmçinin çıxış verilənlərinə aid nümunəyə baxın.

Nümunə

Giriş verilənləri #1
push 1
front
exit
Çıxış verilənləri #1
ok
1
bye