eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

İtlər və Meymunlar

İtlər və Meymunlar

Barışın $n$ iti və $m$ meymunu var. O, onları bir cərgədə düzmək istəyir. Lakin Barış istəmir ki, hər hansı bir yerdə iki it və ya iki meymun ardıcıl gəlsin. Çünki yan-yana olan itlər ya da meymunlar bir-birləri ilə dalaşırlar. Neçə mümkün düzülüş var ki, nə itlər nə də meymunlar dalaşmasın? Çıxışa bu sayın $10^9 + 7$-yə qalığını verin. Qeyd: İtlər və meymunlar öz aralarında fərqlənirlər. \InputFile Bir sətirdə iki tam ədəd: $n$ və $m~(1 \le n, m \le 10^5)$ verilir. \OutputFile Çıxışa mümkün düzülüşlərin sayının $10^9 + 7$ --- yə qalığını verin.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
2 2
Çıxış verilənləri #1
8
Giriş verilənləri #2
3 2
Çıxış verilənləri #2
12
Giriş verilənləri #3
1 8
Çıxış verilənləri #3
0
Müəllif Rashad Mammadov, Abutalib Namazov
Mənbə Azərbaycan 2019: Yuxarı yaş olimpiada hazırlığı qrupuna seçim turu