eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Qərbdən Şərqə Səyahət

Qərbdən Şərqə Səyahət

Qərbdən şərqə doğru bir düz xətt üzərində yerləşən n şəhər var. Şəhərlər bu istiqamətdə 1 dən n-ə nömrələnmişdir. Bu xətt üzərindəki hər bir nöqtənin bir ölçülü koordinatı var və şərqə doğru getdikcə bu koordinatın qiyməti artır. i-ci şəhərin koordinatı xi-dir.

Siz başlanğıcda 1-ci şəhərdəsiniz və bütün digər şəhərlərə səfər etmək istəyirsiniz. İki üsulla səyahət edə bilərsiniz:

• Düz xətt boyunca gəzərək. Bu zaman sizin yorğunluğunuz hər dəfə 1 məsafə qət etdikcə (istiqamətdən asılı olmadan) a qədər artır.

• İstədiyiniz hər hansı bir yerə teleport (bir anın içində səyahət) ola bilərsiniz. Bu zaman məsafədən və istiqamətdən asılı olmayaraq sizin yorğunluğunuz b qədər artır.

Bu iki üsuldan istifadə edərək bütün şəhərlərə səfər etmək üçün yorğunluğunuzun minimum nə qədər artacağını tapın.

Giriş verilənləri

Birinci sətirdə üç tam ədəd n, ab verilir. Növbəti sətirdə n sayda tam ədəd x1, x2, ... , xn verilir (2n105, 1xi, a, b109, Bütün i-lər üçün (1in - 1), xi < xi+1).

Çıxış verilənləri

Bütün şəhərlərə səfər etmək üçün yorğunluğunuzun mümkün minimum artışını çıxışa verin.

İzah

Test 1.

prb8596.gif

1-ci şəhərdən 2-ci şəhərə 1 məsafə yeriyin, sonra 3-cü şəhərə teleport olun, daha sonra 4-cü şəhərə 2 məsafə yeriyin. Bu halda yorğunluğunuz 2 * 1 + 5 + 2 * 2 = 11 qədər artacaq.

Test 3.

6 dəfə teleport olmaqla bütün şəhərlərə istədiyiniz ardıcıllıqla səfər edin. Bu halda yorğunluğunuzun artışı 12 olacaq.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
4 2 5
1 2 5 7
Çıxış verilənləri #1
11
Giriş verilənləri #2
6 3 7
1 3 6 10 11 13
Çıxış verilənləri #2
29
Giriş verilənləri #3
7 1 2
24 35 40 68 72 99 103
Çıxış verilənləri #3
12
Müəllif Rashad Mammadov, Abutalib Namazov
Mənbə Azərbaycan 2019: Yuxarı yaş olimpiada hazırlığı qrupuna seçim turu