eolymp
bolt
Try our new interface for solving problems

Robot

Eni $1$ olan və hər iki tərəfə sonsuz uzanan zolaq $1 \times 1$ ölçülü damalara bölünmüşdür. Bu damaların birində dayanan robot (şəkildə həmin robot kvadratla işarə edilmişdir) bir damadan digərinə hərəkət edə bilər. Robotun yerdəyişməsi hər bir əmri latın əlifbasının $3$ böyük hərfinə --- $L, R, S$ hərflərinə uyğun proqramla müəyyənləşir. $L$ əmri icra edildikdə robot bir dama sola, $R$ əmrində bir dama sağa hərəkət edir, $S$ əmrində isə olduğu damada qalır. Proqramın icrası dedikdə orda yazılan bütün əmrlərin ardıcıl yerinə yetirilməsi başa düşülür. \includegraphics{https://static.e-olymp.com/content/26/26e0fe4b79b5813a3437c5c8d7c864fe966b6320.jpg} Robotun neçə müxtəlif damaya getdiyini müəyyənləşdirən proqramı yazın. \InputFile Giriş faylının yeganə sətri robot üçün yazılmış proqram --- $L, R, S$ simvollarından ibarət sətirdir. Verilmiş bu proqram $10000$-dən çox olmayan əmrdən ibarətdir. \OutputFile Çıxış faylına bir ədədi --- öz proqramını icra edərək robotun gəzdiyi müxtəlif damaların sayını göstərən ədədi vermək lazımdır.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
RRSRRLRR
Çıxış verilənləri #1
6