eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Kubiklərin rənglənməsi

Kubiklərin rənglənməsi

prb89

Sara ona ad günündə hədiyyə verilmiş və Konstruktor - oyuncağa oxşar yeni bir oyunla tanış oldu. Bu oyun Sərhəddsiz Xəyallar (SX) oyunu adlanır. O hər üzünün sahəsi 1 sm^2 olan çoxlu sayda eyni kubiklərdən ibarətdir. Bu oyunun spesifik xüsusiyyəti ondadır ki, üzlərdən biri digərinə dəqiq uyğun gəlirsə iki kubiki üz-üzə xüsusi yapışqan vasitəsilə birləşdirmək olar. Saranın böyük qardaşı Darius SX-dən istifadə etməklə Sara üçün məsələ düşünüb tapmağı qərara aldı: Bu kubiklərdən istifadə edərək o, üç ölçülü obyekt qurdu ki, Sara öz aralarında əlaqəsi olmayan kubiklərin bütün üzlərini rəngləsin. Əgər kubikin üzü digər kubikin üzü ilə birləşməyibsə, o üzlər əlaqəli deyil. Məsələn, təsəvvür edin ki, obyekt şəkildə təsvir olunandır.

Göstərilən nümunədə bütün əlaqəsiz üzlərin sayı 16-ya bərabərdir. Problem bundan ibarətdir - Saranın rəngləməli olduğu sahəni göstərən ədədi tapmalı.

Giriş verilənləri

Birinci sətirdə yeganə tam ədəd - test hallarının sayı yerləşir. Sonrakı sətirlərdə test halları üçün məlumatlar yerləşir. Hər test halı üçün sətirlər kubiklərin sayına bərabər olan tam n (1n200) ədədi ilə başlayır. Kubiklər 1-dən n-dək nömrələnmişdir.

Sonrakı n sətirdə yeni yaradılmış obyektin təsviri verilir: kubiklərin əlaqəli olması haqqında məlumatlar bir sətirdə verilir. Bu sətirlərin hər biri kubiklərin nömrəsi olan I tam ədədi ilə başlayır, ondan sonra iki nöqtə ”:” simvolu və boşluq işarəsi, daha sonra bir neçə tam ədəd (6-dan çox deyil) - I kubiki ilə birləşdirilmiş kubikin nömrəsi və bu çoxluğun sonunu göstərən yeganə “0” simvolu ilə qurtarır.

Hər tes halı üçün məlumatların fəzada həqiqi obyektdə reallaşdırılmasının mümkünlüyünə təminat verilir. Hər test halı üçün ən vacib olan budur ki, o kublardan istənilən mürəkkəb obyekt, hətta bir neçə ayrıca obyektlər konstruksiya etmək olar.

Çıxış verilənləri

Hər test halı üçün bir sətirdə bir tam ədəd - verilən test üçün bütün kubiklərin əlaqəsiz olan üzlərinin sayı yerləşir.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
3
4
1: 2 3 0
2: 1 4 0
3: 4 1 0
4: 2 3 0
3
1: 2 0
2: 3 1 0
3: 2 0
4
1: 2 0
2: 1 0
3: 4 0
4: 3 0
Çıxış verilənləri #1
16
14
20