eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Böyük hasil

Böyük hasil

Münsiflər heyyəti qərara gəldi ki, sizə çətin bir tapşırıq versin. Tapşırığa əsasən ab ədədləri verilir və siz a * (a + 1) * ... * b hasilini hesablamalısınız.

Daha sonra onlar bu tapşırığın sıxıcı olacağını düşünüb, hasilin yerinə onun işarəsini soruşmaq qərarına gəldilər. Belə ki, sizdən bu hasilin mənfi, müsbət və ya sıfıra bərabər olduğunu təyin etmək tələb olunur.

Giriş verilənləri

Yeganə sətirdə iki tam ədəd ab (-109ab109) verilir.

Çıxış verilənləri

Çıxışa a * (a + 1) * ... * b ifadəsinin işarəsinə uyğun olaraq "-1", "0", "1" ədədlərindən birini verin.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
3 5
Çıxış verilənləri #1
1
Giriş verilənləri #2
-6 5
Çıxış verilənləri #2
0
Giriş verilənləri #3
4 9
Çıxış verilənləri #3
1
Giriş verilənləri #4
-7 -1
Çıxış verilənləri #4
-1
Mənbə 2019 Azərbaycan Milli İnformatika Olimpiadası, Final Turu, May 5