eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Ardıcıllıqların yarışması

Ardıcıllıqların yarışması

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB

Sabah Ziya ardıcıllıqların yarışmasında iştirak edəcək. x \ge 0 ədədi hər hansı bir ardıcıllıq üçün o halda zirvə adlanır ki, əgər 1, 2, 3, ..., x - 1, x, x - 1, ..., 3, 2, 1 ardıcıllığı verilmiş ardıcıllığın alt-ardıcıllığı kimi rast gəlinir. Hər bir ardıcıllığın gücü onun ən böyük zirvəsinə bərabərdir.

Sabah bütün tələbələr yarışmaya gedəcək və yarışmanı ən çox gücü olan ardıcıllığın sahibi udacaq. Ziyanın ardıcıllığı a_1, a_2, a_3, ..., a_n-dir. Ziya yarış sistemini ələ keçirib və öz ardıcıllığının gücündən çox olanları yarışdan siləcək. Lakin Ziya öz ardıcıllığının gücünü bilmir. Ziya çox istəyirki yarışmanı udsun, bu işdə ona kömək edin.

Giriş verilənləri

Birinci sətirdə bir tam ədəd n~(1 \le n \le 10^5) — Ziyanın ardıcıllığındakı ədədlərin sayı, növbəti sətirdə boşluqla ayrılmış n tam ədəd a_i~(1 \le a_i \le 10^5) — ardıcıllığın elementləri verilir.

Çıxış verilənləri

Ardıcıllığın gücünü çıxışa verin.

Nümunə

Giriş verilənləri #1
2
2 10
Çıxış verilənləri #1
0
Giriş verilənləri #2
3
1 2 3
Çıxış verilənləri #2
1
Giriş verilənləri #3
5
1 10 2 3 1
Çıxış verilənləri #3
2
Mənbə Azərbaycan Respublika Olimpiadasının yarımfinalı 2018-2019