eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Siçan və dənlər

Siçan və dənlər

Hind məbədində döşəmə hər birinin üzərinə $0$-dan $k~(k \le 30000)$-ya qədər dən səpilmiş eyni $1 \times 1$ ölçülü kvadrat plitələrdən ibarət düzbucaqlı formasındadır. Döşəmənin ölçüsü $m \times n$-dir. Siçan məbədin döşəməsinin sol aşağı küncündən çıxaraq əks küncdəki yuvasına qaçır. Siçan üzərində dayandığı plitədəki bütün dənləri toplayaraq yalnız irəli və ya sağa hərəkət edə bilər. Elə marşrut tapın ki, həmin marşrutla hərəkət edərək Siçan ən çox dən toplasın. \includegraphics{https://static.e-olymp.com/content/f2/f2a5a7f2a5c442bdbd844f45d2181de9bfcf0ff6.gif} \InputFile Birinci sətirdə döşəmənin ölçüləri olan iki $m$ və $n~(1 \le m, n \le 100)$ ədədləri verilir. Sonra yuxarıdan başlayarq $m$ sətrin hər birində uyğun plitənin üzərindəki dənin sayını göstərən $n$ ədədləri verilir. \OutputFile Siçanın aşağıdakı formatda hərəkət marşrutu verməli: \textbf{RRFFFRF} (\textbf{F} --- bir addım irəli, \textbf{R} --- bir addım sağa).
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
2 3
3 2 4
1 5 1
Çıxış verilənləri #1
RFR
Müəllif Анатолий Присяжнюк