eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Heyvanxana

Heyvanxana

prb157new

Heyvanxanada n qəfəs bir sırada düzülmüşdür. Heyvanxanada digər sakinlərlə yanaşı, iki əntər meymun - Slava və Yura da yaşayırdılar. Slava və Yura həmişə yaxşı dost olmuşdular və qonşu qəfəslərdə əyləşirdilər. Lakin indi onlar küsülü idilər və bir-birini görmək istəmirdilər. Heyvanlara qulluq edən baxıcı də onları arzularına uyğun olaraq köçürmək istəyirdi, lakin problem yaranmışdı. Slava və Yura çox savadlı meymunlar idilər (onların hər biri cəmi 8 sinif qurtarmışdı!). Onlar bilmək istəyirdilər ki, onların qəfəslərinin qonşu olmaması üçün neçə köçürmə üsulu var və əlbəttə onların xanaları müxtəlif olmalıdır. Belə hesab etmək olar ki, heyvanxananın digər sakinləri hara lazımdırsa köçürülməyə hazırdırlar, yəni bütün n hücrə əlyetərlidir.

Heyvanlara qulluq edən əvvəlcə özü bunu hesablamaq istədi, haradasa begemotların ərazisində hesabı itirdi. Tamamilə aydındır ki, sizin köməyiniz olmadan o bunun öhdəsindən gələ bilməyəcək!

Giriş verilənləri

Giriş verilənlərin birinci sətrində heyvanxanadakı qəfəslərin sayı olan n (2n100) ədədi yerləşir.

Çıxış verilənləri

Çıxışa bir ədəd - Slava və Yuranın qonşu olmaması üçün müxtəlif qəfəslərə köçürülmə üsullarının sayı verilir.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
3
Çıxış verilənləri #1
2
Giriş verilənləri #2
4
Çıxış verilənləri #2
6