eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Simmetriya - 2

Simmetriya - 2

\includegraphics{https://static.e-olymp.com/content/91/918b259eb57bababdcb41158b6c9f93be6d4f815.jpg} \textbf{p} nöqtəsinin \textbf{L} düz xəttinə nəzərən əksi elə \textbf{p^\{' \}}nöqtəsidir ki, \textbf{pp^\{'\}} parçası \textbf{L} düz xəttinə perpendikulyardır və onun orta nöqtəsi \textbf{L}-in üzərində yerləşir. Əgər \textbf{p }nöqtəsi \textbf{L}-in üzərində yerləşirsə, onda \textbf{p^\{'\}} = \textbf{p.} Fərz edək ki, müstəvi üzərində nöqtələr çoxluğu verilmişdir. Bu müstəvidə simmetriya oxu elə düz xəttə deyilir ki, verilmiş çoxluqdan olan ixtiyari nöqtənin əksi yenə həmin çoxluğun nöqtəsini verir. Verilmiş məsələdə Sizə müstəvi üzərində nöqtələr çoxluğu verilmişdir və Siz müəyyənləşdirməlisiniz ki, bu nöqtələrin heç olmasa bir simmetriya oxu varmı. Həqiqi ədədlərdən istifadə edildiyini nəzərə alaraq, simmetriya oxunu elə düz xətt hesab edin ki, istənilən nöqtənin bu düz xəttə nəzərən əksindən çoxluğun ixtiyari nöqtəsinədək məsafə \textbf{10^\{-6\}}-nı aşmır. \InputFile Giriş faylında bir neçə test yerləşir. Giriş faylının birinci sətrində testlərin sayı olan \textbf{K} (\textbf{1} <= \textbf{K} <= \textbf{10}) tam ədədi yerləşir. Hər testin birinci sətrində çoxluqdakı nöqtələrin sayı olan \textbf{N}(\textbf{1} <= \textbf{N} <= \textbf{100000}) tam ədədi yazılır. Sonra gələn \textbf{N} sayda sətrin hər birində bir nöqtənin təsviri - müstəvi üzərində nöqtənin koordinatlarını göstərən\textbf{ X} və \textbf{Y} (\textbf{-10000} <= \textbf{X}, \textbf{Y} <= \textbf{10000}) həqiqi ədədləri boşluq işarəsi ilə ayrılmış şəkildə yerləşir. Bir testin heç bir iki nöqtəsi üst-üstə düşmür. Bütün testlər üzrə \textbf{N}-nin qiymətləri cəminin \textbf{200000}-i aşmamasına təminat verilir. \OutputFile Hər test üçün əgər verilmiş nöqtələr çoxluğu üçün heç olmasa bir simmetriya oxu varsa, onda çıxışa bir sətirdə \textbf{YES}, əks halda isə \textbf{NO} sözünü verin.
Zaman məhdudiyyəti 2 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB
Giriş verilənləri #1
3
4
-10 0
10 0
10 10
10 -10
4
-10 0
10 1
10 10.5
10 -10.5
6
-1000 30
-100 20
-10 10
1000 30
100 20
10 10
Çıxış verilənləri #1
YES
NO
YES