eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Piyada və at

Piyada və at

\includegraphics{https://static.e-olymp.com/content/c4/c4c256fb4c337050b1b7cfa4d2645fea712695f5.gif} Məlum populyar \href{http://acm.timus.ru/problem.aspx?space=1&num=1398}{http://acm.timus.ru} saytında “Piyada və fil” adlı məsələ var. Biz ona oxşar, ağ piyada və qara at iştirak edən bir oyunu təqdim edirik. Oyunda gedişlər ümumi qəbul edilmiş şahmat qaydalarına uyğun edilir. İlk gedişi ağlar edirlər. Əgər ağlar öz piyadalarını hərəkət etdirərək vəzirə çeviriblərsə və özünün növbəti gedişi ilə qara at onu vura bilmirsə ağlar qalib gəlir. Əgər növbə ağlarındırsa, lakin piyada irəli hərəkət edə bilmirsə, onda oyun heç-heçə qurtarır. Əgər at piyadanı və ya vəziri vura bilirsə, onda qaralar qalib gəlir. Hər iki tərəfin ən yaxşı oyunu zamanı oyunun nəticəsini aydınlaşdırmaq tələb olunur. \InputFile Bir sətirdə aralarında boşluq işarəsi olmaqla əvvəlcə ağ piyadanın, sonra isə qara atın vəziyyəti verilir (şahmat notasiyası ilə, lakin fiqurlar göstərilmədən). \OutputFile Çıxışa əgər ağlar qalib gəliblərsə $1$, qaralar qalib gəliblərsə $-1$, oyun heç-heçə qurtarıbsa $0.5$ verilir.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB
Giriş verilənləri #1
g3 a1
Çıxış verilənləri #1
-1