eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Start sürəti

Start sürəti

Zaman məhdudiyyəti 0.1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB

"İkisindən biri: ya bu arılar düzgün deyillər, ya da onların balı düzgün deyildir…"

(Vinni-Puxun cana gətirən fikri)

Londondakı olimpiada oyunlarında tərkibi Kristina Stuy, Oles Povx, Elizaveta Brizqin və Mariya Remendən ibarət Ukrayna qadın milli komandasının 4×100 metrlik estafetdə layiqincə iştirak etməsinə və bürünc medal almasına baxmayaraq belə bir fikir proqramçı Vasyanı çox narahat etdi.

Dəqiq eksperimental yoxlama nəticəsində onların “kreyser sürəti” məsələsində qurduqları model heç də dəqiq olmadı. Ukrayna idmançılarının və digər ölkələrin idmançılarının etdikləri məşqlərdə onun tərəfindən aparılan uzun müddətli müşahidə göstərdi ki, bəzi idmançılar start zamanı sürətini artırır, bəziləri isə azaldırlar. Lakin buna baxmayaraq 25 start metrlik məsafədən sonra onlar bərabər sürətlə hərəkət edirlər.

"Sürət azaltma" fenomeninə Vasya fizika nöqteyi-nəzərindən çox sadə aydınlıq gətirə bildi. Start zamanı idmançıların hər biri start qəlibindən güclü təkan verməklə hər hansı bir start sürətinə malik olur. Bu sürət ya kreyser sürətindən az, ya da çox ola bilər. Birinci halda təkan vermə gücünü artırmaq üçün idmançının ayaq əzələlərini artırmaq üzərində çalışması lazımdır. İkinci halda isə əzələlər artıq inkişaf etmiş olur, lakin havanın müqavimət gücü idmançının bədəninin toxunma sahəsindən asılı olmasına baxmayaraq, start zamanı idmançının bədənini düzəltməsi zamanı bu müqavimət gücü artır və göstərilən 25 start metrlik məsafədən sonra sabit qalır.

Yüngül atletlərin müxtəlif start sürətlərinin ağıllı izahını tapması onu çox sevindirdi. Vasya onların hər birinin start qəlibindən təkan verdikdən sonrakı sürətlərini öyrənmək qərarına gəldi.

Sizin vəzifəniz bu məsələdə Vasyaya kömək etməkdən ibarətdir. Nəzərə almaq lazımdır ki, ilk 25 metrlik məsafədə idmançının hərəkət sürəti artırıb azaltmasından asılı olmayaraq bərabərdir.

Giriş verilənləri

Yeganə sətirdə vahid boşluqla ayrılmış, idmançının 100200 metr məsafədə nəticələrinə uyğun iki həqiqi ədəd.

Çıxış verilənləri

Yeganə sətirdə onluq nöqtədən sonra 6 işarədən az olmamaqla idmançının start sürətini verin.

Nümunə

Giriş verilənləri #1
9.63 19.32
Çıxış verilənləri #1
10.844103723
Mənbə II Открытая Дистанционная Олимпиада 2012-2013 им. В.Л.Дидковского