eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

3n+1 məsələsi

3n+1 məsələsi

Ədədi ardıcıllıq yaratmaq üçün aşağıdakı alqoritmə nəzər salaq:

  1. input n
  2. print n
  3. if n = 1 then STOP
  4. if n is odd then n = 3 * n + 1
  5. else n = n / 2
  6. GOTO 2

Məsələn, n = 22 üçün aşağıdakı ardıcıllıq alınacaqdır:

22 11 34 17 52 26 13 40 20 10 5 16 8 4 2 1.

Belə hesab edirlər ki, bu alqoritm istənilən n tam ədədi üçün sonda n = 1 verir. Bu ehtimal hələlik isbat olunmasa da 0<n<1000000 üçün doğruluğu yoxlanmışdır.

n ədədi üçün alınan ardıcilliğin ədədləri sayını (1 də daxil olmaqla) onun dövr uzunluğu adlandıraq. Yuxarıdakı misalda 22-nin dövr uzunluğu 16-ya bərabərdir.

Verilmiş ij ədədləri də daxil olmaqla, onlar arasında yerləşən ədədlər üçün maksimal dövr uzunluğunu tapmaq tələb olunur.

Girişverilənləri

Hər test ayrıca sətirdə iki ij tam ədədi ilə verilir. Verilən ədədlər 1000000-dən kiçik və 0-dan böyük olmalıdır. Hesablama zamanı 32 bitlik tam ədəd tipindən istifadə etmək kifayətdir.

Çıxışverilənləri

Hər ij cütünü daxil olduğu ardıcıllıqla çıxarın. Beləliklə hər test üçün ayrıca sətirdə boşluq işarəsi ilə ayrılmaqla, üç ədəd daxil edilmiş i ,j ədədləri və özləri də daxil olmaqla onlar arasındakı ədədlər üçün tapılmış maksimal dövr uzunluğunu verin.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
1 10
100 200
201 210
900 1000
Çıxış verilənləri #1
1 10 20
100 200 125
201 210 89
900 1000 174