eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Vasya və şarlar

Vasya və şarlar

Bu yaxınlarda Vasya şarlarla çox maraqlı oyun oynamağın mümkün olduğunu öyrəndi. Bu oyunda şarları müxtəlif həndəsi fiqurlar şəklində düzmək tələb olunur. Vasya hələlik şarları bərabərtərəfli üçbucaq şəklində düzməklə məşğuldur. lakin belə bir problem ortaya çıxır: bəzən Vasyadakı şarların sayı əskik olur və o bilmək istəyir ki, onda olan şarlarla hansı ən böyük tərəfi olan bərabər tərəfli üçbucağı qurmaq olar? Vasyaya kömək edin, onun üçün şarların verilmiş $k$ qiymətində bərabərtərəfli üçbucağın tərəfinin uzunluğunu ifadə edən $n$-nin qiymətini hesablayacaq proqramı tərtib edin. Aşağıda şarların bərabərtərəfli üçbucaq şəklində düzülüşünə aid nümunə verilmişdir: \includegraphics{https://static.e-olymp.com/content/c0/c0522613f2195bf12b87fd6c2c32eb8dbb171e72.gif} \InputFile Mövcud şarların $k~(0 \le k \le 2 \cdot 10^8)$ sayı. \OutputFile Məsələnin cavabı olan $n$ ədədi.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
6
Çıxış verilənləri #1
3
Giriş verilənləri #2
5
Çıxış verilənləri #2
2
Müəllif Евгений Симоненко
Mənbə Дистанционная Летняя Компьютерная Школа - лето 2013 года