Məsələlər
Həqiqi ədədlərin sintaktik təhlili
Həqiqi ədədlərin sintaktik təhlili
Sətri oxuyub orada həqiqi ədədin olub-olmadığını yoxlayan proqramı yazın. Həqiqi ədəddə onluq nöqtə və ya qüvvət üstü (e və ya E ilə başlayan), yaxud da hər ikisi eyni zamanda ola bilər. Ədəd həmçinin adi onluq rəqəmlərin yığınından ibarət ola bilər. Əgər ədəddə onluq nöqtə varsa, onda həmin nöqtənin hər iki tərəfində heç olmasa bir rəqəm olmalıdır. Ədəd və eksponentdən əvvəl (və ya eyni zamanda hər ikisində) plyus və ya minus ola bilər (işarədən sonra boşluq olmamalıdır). Eksponent tam ədəddir (onluq nöqtəsi yoxdur). Boşluq simvolu ədəddən öndə və ya sonra ola bilər, lakin onun daxilində ola bilməz. Diqqət edin ki, girişdə verilən ədədlərin sərhəd diapazonu yoxdur, lakin sadəlik üçün fərz edəcəyik ki, giriş sətirlərində simvolların sayı 1000-dən çox deyil.
\InputFile
Birinci sətirdə testlərin \textbf{t }sayı yerləşir. Ondan sonra gələn \textbf{t}\textit{ }sayda sətrin hər birində bir ədəd olur.
\OutputFile
Çıxışa hər birində bir söz -- \textbf{LEGAL} və ya \textbf{ILLEGAL} olan \textbf{t} sayda sətir verilir.
Giriş verilənləri #1
2 1.5e+2 3.
Çıxış verilənləri #1
LEGAL ILLEGAL