eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Sanitar – kəpənək

Sanitar – kəpənək

Məktəblilər evdən məktəbə və əksinə, məktəbdən evə gələrkən konfet yeməyi xoşlayırlar. Lakin, həmişə olduğu kimi, bu xoşlanılan işin də bəzən xoşagəlməz nəticələri olur - uşaqlar konfet kağızlarını tez-tez məktəbin həyətinə atırlar. \includegraphics{https://static.e-olymp.com/content/c0/c0c67231b1c6fc669de2a8615cdf83330a81e259.gif} Murzik həmişə məktəb həyətinin səliqəliliyinə nəzarət edirdi və bu işdə ona gözəl şəkillərini çəkdiyi kəpənəklər ehtiram əlaməti olaraq sevinclə kömək edirdilər. Kəpənəklər öz qanadlarından linza kimi istifadə edə bilirdilər, belə ki, onlar qanadlarının fokus məsafəsini dəyişə bilirdilər. Məktəb həyətində \textbf{X1, Y1} koordinatlı nöqtədə konfet kağızını görən kimi kəpənək konfet kağızının üstünə düşən günəş şüasının istiqamətində olan \textbf{X2, Y2, Z2} koordinatlı nöqtəyə uçur və öz linza-qanadlarının fokus məsafəsini dəyişərək konfet kağızını yandırır. Bu zaman kəpənəyin linza-qanadları hansı \textbf{D} optik gücə malik olar? \InputFile Birinci sətirdə iki ədəd: Konfet kağızının \textbf{X1, Y1} koordinatları verilir. İkinci sətirdə üç ədəd-konfet kağızını yandırdığı anda kəpənəyin olduğu nöqtənin \textbf{X2, Y2, Z2 }koordinatları verilir. Bütün giriş verilənləri mütləq qiymətcə \textbf{1000}-i aşmayan tam ədədlərdir. \OutputFile Yeganə ədəd-vergüldən sonra 3 rəqəm dəqiqliyi ilə riyazi qaydada yuvarlaqlaşdırılmış linza-qanadın \textbf{D} optik qüvvəsi.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB
Giriş verilənləri #1
10 20
10 20 100
Çıxış verilənləri #1
0.010
Müəllif Анатолий Присяжнюк