eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Qəpiklərlə oyun

Qəpiklərlə oyun

Birqəpikliklər üst-üstə dəst-dəst (hər dəstdə qəpiklərin sayı müxtəlif ola bilər) yığılır. Həmin dəstlər miz üstündə soldan sağa doğru sıraya düzülür. İki rəqib oyunçu növbə ilə gediş etməlidir. Hər gedişdə oyunçulardan biri soldan başlayaraq ardıcıl düzülmüş bir-neçə dəsti (1-dən az və rəqibin bundan əvvəlki gedişdə götürdüyü saydan çox olmamaq şərtilə) götürür. İlk oyunçu soldan sağa \textbf{K-}dan çox sayda olmamaq şərtilə dəstlər götürərək ilk gediş edir və oyun dəstlər tükənincəyə qədər davam edir. İkinci oyunçunun da mümkün qədər çox pul qazanmaq istəyini nəzərə alaraq ilk başlayan oyunçu maksimum neçə qəpik götürə bilər? \InputFile Bir sətirdə, əvvəlcə dəstlərin sayını göstərən \textbf{N}, ardınca isə müvafiq dəstdəki qəpiklərin sayını göstərən \textbf{N} ədəd, ən sonda isə \textbf{K} yazılır. Sətirdə ədədlər bir-birindən boşluq işarəsi ilə ayrılır. \textbf{1} <= \textbf{N} <= \textbf{180}, \textbf{1} <= \textbf{K} <= \textbf{80}, bir dəstdəki qəpiklərin sayı \textbf{1}-dən az və \textbf{20000}-dən çox ola bilməz. \OutputFile Çıxışa ilk oyunçunun toplaya biləcəyi qəpiklərin maksimal sayını göstərən bir ədəd verməli.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 64 MiB
Giriş verilənləri #1
3 4 9 1 3
Çıxış verilənləri #1
14