eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Poliklinika

Poliklinika

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 122 MiB

Həkimin qəbuluna hər gün çoxlu adamlar gəlir. Hər bir pasiyent həkimin qəbulunda tam ədəd sayda dəqiqə olur, ancaq müxtəlif pasiyentlər həkimin qəbulunda fərqli zaman müddəti ola bilər. Həkim t[1] dəqiqədə qəbula başlayır və t[2] dəqiqədə qəbulu qurtarır. Bu isə onu göstərir ki, istənilən pasiyent həkimin onu qəbul etdiyi vaxtdan asılı olmayaraq qəbula t[1], t[1] + 1, ..., t[2] - 1 vaxtlarında girə bilər. Həkimin qəbuluna başqa vaxt və ya həkim başqa pasiyenti qəbul edərkən girmək qadağandır. Əgər pasiyent t anında poliklinikaya gəlib çatırsa, o, ilk elə st vaxt gözləyir ki, həmin vaxtda həkim ondan əvvəl, yəni t anına qədər poliklinikaya gələn bütün pasiyentlərin artıq hamısına baxmağa vaxt tapır. Əgər həkim qəbul vaxtının sonuna kimi bütün pasiyentlərə baxmağa vaxt çatdırmasa, onda pasiyentlərin qalanları növbəti gün gəlməlidir.

Həkimin qəbula nə vaxt başlayıb, nə vaxt qurtardığını, kimin, konkret hansı gündə, nə vaxt qəbula gəldiyini, eləcə də həkimin hər pasiyentə neçə dəqiqə baxdığını bilməklə, Petya Pyatoçkinə həkimin qəbuluna gəlmək üçün elə vaxt müəyyənləşdirin ki, həmin gün qəbulda mümkün qədər az vaxtda gözləməklə həkimin qəbuluna düşməyə təminat versin. Belə vaxtların bir neçə alternativ variantı olursa, sizə onlardan ən kiçiyini (ən tezini) müəyyənləşdirmək lazımdır.

Giriş verilənləri

Birinci sətirdə üç ədəd verilir: qəbula düşməyi arzu edənlərin n sayı, qəbulun t[1] başlama vaxtı və qəbulun t[1]-dən böyük olan t[2] qurtarma vaxtı.

İkinci sətirdə həkimin qəbuluna düşməyi arzu edən birinci, ikinci, ......., n-ci pasiyentin poliklinikaya gəlmə vaxtlarına uyğun n sayda a[1], a[2], ..., a[n] ədədləri sadalanır.

Üçüncü sətirdə həkimin birinci, ikinci, ......, n-ci pasiyentə baxmağa sərf edəcəyi vaxta uyğun sayda b[1], b[2], ...., b[n] ədədləri sadalanır.

Bütün giriş verilənləri natural ədədlərdir. Pasiyentlərin n sayı 10^5 -dən böyük deyildir, qalan ədədlər isə 10^9-u aşmır.

Petya Pyatoçkinin yaşadığı planetdə gün Yerdəkindən xeyli uzundur, ona görə də qəbula başlama t[1] vaxtı, qəbulun sonu olan t[2] vaxtı, eləcə də, a[1], a[2], ..., a[n]b[1], b[2], ..., b[n] ədədləri Yerdəki bir günün dəqiqələrinin sayından (1440-dan) böyük ola bilər.

Çıxış verilənləri

Petya Pyatoçkinin qəbulda ən az vaxtda gözləməklə həkimin qəbuluna düşməsinə təminat verən ən kiçik vaxtı çıxışa verin. Əgər Petya başqa bir pasiyentlə eyni vaxtda gələrsə, onu kişik kimi irəli buraxırlar.

Nümunə

Giriş verilənləri #1
3 10 20
7 14 18
5 2 1
Çıxış verilənləri #1
17
Giriş verilənləri #2
5 10 20
4 9 12 16 22
4 10 10 9 2
Çıxış verilənləri #2
9
Giriş verilənləri #3
1 10 20
5
15
Çıxış verilənləri #3
5
Giriş verilənləri #4
1 10 20
15
15
Çıxış verilənləri #4
10
Müəllif Данило Мисак
Mənbə ІІІ (городской) этап Всеукраинской олимпиады школьников по информатике, 2013, г. Киев