Məsələlər
Mehmanxana nömrələri
Mehmanxana nömrələri
Memanxana $n$ mərtəbəlidir. Dəhliz, restoran və məşq zalı birinci mərtəbədədir. Nömrələr $2$-ci mərtəbədən $n$-ci mərtəbəyə qədər yerləşir. Hər bir mərtəbədə $m$ sayda standart nömrə yerləşir. Əgər hər bir standart nömrəyə $3$ nəfər qonaq yerləşdirilərsə, mehmanxananın bütün standart nömrələrinə maksimum neçə nəfər qonaq yerləşə bilər?
\InputFile
İki natural $n$ və $m~(n, m \le 10^6)$ ədədləri.
\OutputFile
Bütün standart nömrələrə yerləşə biləcək qonaqların maksimal sayını verin.
Giriş verilənləri #1
5 10
Çıxış verilənləri #1
120