eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Yeməkxanada tələbə növbəsi

Yeməkxanada tələbə növbəsi

ADA Universitetində tələbələr proqramlaşdırma müsabiqələrini çox xoşlayırlar, ona görə də hər bir tələbə bir komandada (yalnız bir) iştirak edir. Lakin müxtəlif müsabiqələrin qaydaları da müxtəlifdir, Heç də həmişə olduğu kimi ACM qaydalarına görə bir komanda 3 nəfərdən ibarət olmur. İstənilən komandada istənilən sayda tələbə ola bilər (təbii ki, 0-dan çox).

Tələbələr C binasında olan öz yeməkxanalarına gəlib, boş vaxtlarında bir fincan kofe içməyi xoşlayırlar. ADA Universitetinin tələbələri çox ağıllıdırlar, dadlı kofe üçün standart növbəyə durmaq istəmirlər. Onlar yalnız özlərinin riayət edəcəkləri bəzi qaydalar qoydular.

Tələbə növbəyə durduğu zaman, o növbədə öz komanda yoldaşlarından (onun komandasından olan tələbələr) olduğunu müəyyənləşdirmək üçün əvvəlcə növbənin əvvəlindən sonuna kimi göz gəzdirir. Əgər varsa, onların arxasında (bütün komanda yoldaşlarından sonra) növbəyə durur. Əks halda o növbənin sonunda durur və sonuncu şəxs olur. Növbədən kənarlaşma adi növbələrdə olduğu kimidir: tələbələr düzüldükləri ardıcıllıqda növbədən ayrılırlar.

Belə növbəni əks etdirən proqram yazın.

Giriş verilənləri

İlk sətirdə əmrlərin t (1t1000) sayı verilir. Növbəti t sətrin hər biri bir əmri ifadə edir. Sətirdəki ilk ədəd komandadakı tələbələrin n (1n1000) sayıdır. Sonra isə bir komandadakı tələbələrin nömrəsini ifadə edən n sayda tam ədəd verilir (0ID106).

Sonra əmrlərin siyahısı verilir. İki müxtəlif tip əmr var:

  • ENQUEUE xx tələbəsi növbəyə durur.
  • DEQUEUE — növbədəki birinci tələbənin işlənməsi və növbədən çıxarılmas.

Çıxış verilənləri

Hər bir DEQUEUE əmri üçün ayrı sətirdə növbədən çıxacaq tələbənin nömrəsini cap edin.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
2
3 1 2 3
3 4 5 6
ENQUEUE 1
ENQUEUE 4
ENQUEUE 2
ENQUEUE 5
ENQUEUE 6
ENQUEUE 3
DEQUEUE
DEQUEUE
DEQUEUE
DEQUEUE
DEQUEUE
DEQUEUE
Çıxış verilənləri #1
1
2
3
4
5
6
Giriş verilənləri #2
2
3 1 2 3
3 4 5 6
ENQUEUE 1
ENQUEUE 4
ENQUEUE 2
DEQUEUE
DEQUEUE
ENQUEUE 5
ENQUEUE 3
ENQUEUE 6
DEQUEUE
DEQUEUE
DEQUEUE
DEQUEUE
Çıxış verilənləri #2
1
2
4
5
6
3
Giriş verilənləri #3
3
3 11 12 13
3 24 25 26
3 47 48 49
ENQUEUE 11
ENQUEUE 47
ENQUEUE 48
ENQUEUE 12
ENQUEUE 24
ENQUEUE 49
DEQUEUE
DEQUEUE
DEQUEUE
ENQUEUE 13
DEQUEUE
DEQUEUE
DEQUEUE
Çıxış verilənləri #3
11
12
47
48
49
24 
Müəllif Михаил Медведев