eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

At yarışı

At yarışı

Nəhayət o gün gəlib çatdı və siz yenə də Cıdır düzündə at yarışına tamaşa edəcəksiniz.

Yarışda n sayda at yarışacaq. Bu atların hər birinin gücü ai verilir. Atların arasında k sayda Qarabağ atı var. Qarabağ atları xüsusi özəlliyə sahibdir. Belə ki, onlar yarış zamanı gücünü iki qatına çıxarır. Lakin siz hansı atların Qarabağ atı olduğunu bilmirsiniz. Yəni ki, hər bir atın Qarabağ atı olma ehtimalı var, ancaq onların toplam sayı k-dır.

Yarış zamanı ən güclü at qalib gəlir. Qalib gəlmə ehtimalı olan atları tapın.

Qeyd: Yarış zamanı bir neçə at ən güclü olarsa, onların hər birinin qalib gəlmə ehtimalı var.

Giriş verilənləri

Birinci sətirdə bir tam ədəd t – testlərin sayı verilir.

Daha sonra t sayda testin hər birində birinci sətirdə iki tam ədəd nk, ikinci sətirdə n sayda tam ədəd ai-lər verilir.

Burada ai atların adi vəziyyətdəki gücünü göstərir. Qarabağ atları yarış zamanı bu gücün iki qatı güc nümayiş etdirir.

Çıxış verilənləri

Çıxışa hər bir test üçün yeni sətirdən qalib gəlmə ehtimalı olan atların nömrələrini artan sırada verin.

Məhdudiyyətlər

  • 1t100
  • 1n105, bütün testlərdəki n-lərin cəmi: ∑n ≤ 105
  • 0kn
  • 1ai109

Alt tapşırıqlar

Bu məsələ aşağıdakı kimi 3 alt tapşırıqdan ibarətdir:

Alt TapşırıqMəhdudiyyətlərQiymətləndirmə
0Nümunə0 bal
1k = 013 bal
2n1000, ∑n ≤ 100033 bal
3Əlavə məhdudiyyət yoxdur54 bal
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 256 MiB
Giriş verilənləri #1
2
2 1
3 5
3 1
2 3 6
Çıxış verilənləri #1
1 2
2 3
Müəllif Rəşad Məmmədov
Mənbə Respublika İnformatika Olimpiadası – Yarımfinal Turu 08 Mart 2021