eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Xətti şəbəkə

Xətti şəbəkə

Böyük verilənlərin emalı mərkəzində $n$ sayda kompüterdən ibarət xətti şəbəkə quraşdırıldı. Burada kompüterlər $1$-dən $n$-ə ardıcıl tam ədədlərlə nömrələnmişdir. Qonşu ədədlərlə nömrələnmiş kompüterlər arasında bir-başa məlumat mübadiləsi aparmaq olur. Aydındır ki, belə bir şəbəkədə istənilən iki kompüter arasında bir-başa və ya dolayı yolla məlumat mübadiləsi aparmaq olar. Lakin, kompüterlər çox ağır əməliyyatlar apardığı üçün, ara-sıra bəzi kompüterlər sıradan çıxır. Belə olan halda müəyyən kompüterlər arasında məlumat mübadiləsi aparmaq mümkün olmaya bilər. Bəzən sizdən hazırkı vəziyyətdə şəbəkədəki qrupların sayı soruşulur. Burada qrup elə ən çox sayda işlək kompüterlərin birləşməsi sayılır ki, hazırkı vəziyyətdə həmin qrupdakı istənilən iki kompüter arasında məlumat mübadiləsi aparmaq olsun və ya qrup tək bir işlək kompüterdən təşkil oluna bilər. Sizə $q$ sayda sorğu verilir. Hər sorğuda ya yeni sıradan çıxmış kompüterin nömrəsi verilir ya da sizdən qrupların sayı soruşulur. Məsələni daha aydın başa düşmək üçün aşağıda nümunənin izahına baxın. \InputFile Birinci sətirdə iki tam ədəd $n~(1 \le n \le 10^9)$ və $q~(1 \le q \le 10^5)$ verilir. $q$ sayda sətrin hər birində sorğular verilir. Hər bir sorğuda ilk öncə sorğunun növünü göstərən $T~(T = 1, 2)$ ədədi verilir. $T = 1$ olarsa, daha sonra yenicə sıradan çıxmış kompüterin nömrəsi $L~(1 \le L \le n)$ verilir. \OutputFile $2$-ci növ hər bir sorğu üçün hazırkı vəziyyətdə şəbəkədəki qrupların sayını yeni sətirdən çıxışa verin. \Examples $1~2~3~4$ --- İlk başda şəbəkənin vəziyyəti. Qrupların sayı $1$-dir $1~x~3~4$ --- $2$ nömrəli kompüter sıradan çıxdıqdan sonra vəziyyət. Qrupların sayı $2$-dir. $1~x~3~x$ --- $4$ nömrəli kompüter sıradan çıxdıqdan sonra vəziyyət. Qrupların sayı $2$-dir. $1~x~3~x$ --- $2$ nömrəli kompüter sıradan çıxdıqdan sonra vəziyyət. Qrupların sayı $2$-dir. Bəzi kompüterlərin sıradan çıxması haqqında məlumat təkrar verilə bilər.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 256 MiB
Giriş verilənləri #1
4 6
1 2
2
1 4
2
1 2
2
Çıxış verilənləri #1
2
2
2
Mənbə Respublika İnformatika Olimpiadası – Yarımfinal Turu 08 Mart 2021