eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Hipnoz eksperimenti

Hipnoz eksperimenti

n adam sizin tərəfinizdən aparılan yeni bir hipnoz eksperimentinə qatıldı. Belə ki, bu n adam bir cərgədə soldan sağa düzülüblər və hazırda onlardan bəziləri oyaq, bəziləri isə hipnoz vəziyyətindədir.

Sizə bu adamların cari vəziyyətini bildirən 01 lərdən ibarət n uzunluqlu s sətri və k ədədi verilir. s in i ci simvolu 0 olarsa, soldan i ci adam oyaq, 1 olarsa hipnoz vəziyyətindədir.

Siz ən çox k dəfə hipnoz hərəkəti göstərə bilərsiniz. Bir hərəkətdə lr (1lrn) ədədləri seçib, yalnız l-ci, (l+ 1)-ci, ..., r-ci adamlara təsir edəcək hipnoz hərəkəti göstərirsiniz. Hipnoz hərəkətindən sonra hərəkətin təsir etdiyi aralıqdakı adamlardan oyaq olanlar hipnoz vəziyyətinə keçir, hipnoz vəziyyətində olanlar isə oyanır.

Hər kəsin hipnoz vəziyyətində olduğu, əldə edə biləcəyiniz ən böyük aralığın ölçüsünü tapın.

Giriş verilənləri

Birinci sətirdə iki tam ədəd nk (1n, k105), növbəti sətirdə isə s verilir. s sətrinin hər bir simvolu 0 və ya 1-dir və uzunluğu n-ə bərabərdir.

Çıxış verilənləri

Çıxışa ən çox k dəfə hipnoz hərəkəti tətbiq etdikdən sonra hər kəsin hipnoz vəziyyətində olduğu, əldə edə biləcəyiniz ən böyük aralığın ölçüsünü verin.

Nümunələr

l = 2, r = 3 seçərək [2, 3] aralığındakı adamlara hipnoz hərəkəti göstərməklə onları hipnoz vəziyyətinə sala bilərsiniz. Nəticədə ardıcıl 4 nəfər hipnoz vəziyyətində olacaq.

Heç bir hipnoz hərəkəti göstərməyə ehtiyac yoxdur.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
5 1
10010
Çıxış verilənləri #1
4
Giriş verilənləri #2
2 2
11
Çıxış verilənləri #2
2
Mənbə 2023 Azerbaijan, Semifinals, February 18, 10 - 11 classes