eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

İtmiş Qələm

İtmiş Qələm

\textbf{Yaddaş limitinə diqqət!} Dayının qələm kolleksiyasında hər biri fərqli rəngdə olan 𝑛 sayda qələm var. Bu qələmlərin rəngləri $1$-dən $n$-ə tam ədədlərlə ifadə olunur. Oyuncaqları ilə oynamaqdan bezən Müjgan bu qələmlərlə oynamaq qərarına gəldi. Bir qədər oynadıqdan sonra qələmlərdən birini itirdi, lakin dayısı xəbər tutmasın deyə öz qələmlərindən birini kolleksiyaya qoydu. Onun qoyduğu qələm də bu kolleksiyadakı qələmlərdən, itmiş qələm və ya digər biri ilə eyni rəngdədir. Əgər bu qələm itmiş qələmlə eyni rəngdə olarsa dayısı qələmin itdiyindən xəbər tutmayacaq, əks halda bu dayının gözündən qaça bilməz. Bəs siz itmiş qələmi tapa bilərsinizmi? Sizə dayının kolleksiyasındakı qələmlərin sayı və Müjgan itmiş qələmi ört-basdır etdikdən sonrakı vəziyyəti, yəni oradakı qələmlərin rəngləri verilir. Müjganın itirdiyi qələmin rəngini tapın. Əgər bunu dəqiq tapmaq mümkün deyilsə çıxışa $−1$ verin. \InputFile Birinci sətirdə bir tam ədəd $n~(2 \le n \le 2 \cdot 10^6)$ verilir. Növbəti 𝑛 sətrin hər birində bir tam ədəd, 𝑐𝑖, qələmlərin rəngləri verilir. \OutputFile Çıxışa əgər Müjganın itirdiyi qələmi dəqiqliklə tapmaq mümkündürsə həmin qələmin rəngini, əks halda $−1$ verin. \Examples \textbf{Nümunələr 1.} İtmiş qələmin rəngi $1$-dir və Müjgan onun yerinə rəngi $2$ olan qələm qoyub. \textbf{Nümunələr 2.} Müjgan itmiş qələmi yaxşı ört-basdır edib :).
Zaman məhdudiyyəti 3 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 5 MiB
Giriş verilənləri #1
3
2
3
2
Çıxış verilənləri #1
1
Giriş verilənləri #2
2
2
1
Çıxış verilənləri #2
-1
Mənbə 2024, Respublika İnformatika Olimpiadası, Yarımfinal Turu, Fevral 18