eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Ultra-sürətli sıralama

Ultra-sürətli sıralama

Bu məsələdə Siz müəyyən sıralama alqoritmini analiz etməlisiniz. Alqoritm qonşu elementlərin yerini bütün elementlər artan ardıcıllıqda olana qədər dəyişdirərək n sayda müxtəlif tam ədədi emal edir, Məsələn növbəti ardıcıllıq üçün

9 1 0 5 4

ultrasürətli sıralamanın nəticəsi aşağıdakı kimi olacaqdır:

0 1 4 5 9

Siz ardıcıllığın bütün elementlərinin artan ardıcıllıqda olması üçün qonşu elementlərin minimal yerdəyişmə sayını təyin etməlisiniz.

Giriş verilənləri

Giriş faylı bir neçə test ehtiva edir. Hər bir testin ilk sətri giriş ardıcıllığının n (n500,000) sayını ehtiva edir. Növbəti n sətrin hər biri ardıcıllığın i-ci elementini ifadə edən yeganə ai (0ai999999999) tam ədədini ehtiva edir. Sonuncu test n = 0 ədədini ehtiva edir və o emal edilməməlidir.

Çıxış verilənləri

Hər bir giriş ardıcıllığı üçün ayrı sətirdə massivin elementlərini sıralamaq üçün qonşu elementlərin lazım gələn minimal sayda yerdəyişmələrinin sayını ifadə edən op tam ədədini verməli.

Zaman məhdudiyyəti 2 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
5
9
1
0
5
4
3
1
2
3
0
Çıxış verilənləri #1
6
0