eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Axmaq oyunu

Axmaq oyunu

Nadinc meymun, eşşək, keçi və əyripəncə ayı balası axmaq oyunu oynamağı qərara aldılar. Bilindiyi kimi, ilk oyunda kimdə kozır ən kiçik qiymətlidirsə, o gediş edir. Buna görə də kartları payladıqdan sonra dördü də özlərində olan ən kiçik qiymətli kozırı söyləyirlər. Xüsusilə də hər biri 6-dan 14-ə qədər və ya 0 ədədini söyləyirlər (10-dan böyük ədədlər şəkillərə uyğundur: valent, dama, karol və ya tuz, sıfır kozıra uyğun gəlir).

Sizə hansı ədədlərin söyləndiyi məlumdur. Bu kompaniyada yalandan söyləyənlərin sayını təyin edin.

Oyunda hər biri 4 mastın 9 kartı olan 36 kartdan ibarət oyun kartından istifadə edilir. Hər bir oyunçuya 6 kart paylanır, dəstin növbəti kartı açılır və onun mastı bu oyun üçün kozırı təyin edir.

Giriş verilənləri

Oyunçuların söylədikləri dörd tam ədəd verilir. Ədədlər boşluqla ayrılir. Hər bir ədəd ya 0, ya da 6-dan 14-ə qədər ədəddir.

Çıxış verilənləri

Yeganə ədədi - yalandan söyləyənlərin sayını verin.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 122.17 MiB
Giriş verilənləri #1
10 7 11 0
Çıxış verilənləri #1
0
Giriş verilənləri #2
6 10 10 11
Çıxış verilənləri #2
1