eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Klaviatura

Klaviatura

Hamıya məlumdur ki, klaviatura bir müddətdən sonra aşınır və ondakı klavişlər batmağa başlayır. Əlbətdə ki, belə klaviaturanı bir müddət istifadə etmək olar, lakin klavişin basılması üçün böyük güc sərf etmək lazım gəlir.

Klaviaturanı hazırlayan zaman hər bir klaviş üçün onun basılma sayı verilir. Əgər bu kəmiyyətləri istifadə olunan klaviatura üçün biləriksə, onda klavişlərin müəyyən ardıcıllıqda basılmasından sonra müəyyən etmək olar ki, onlardan hansı istifadə prosesində sınacaq, hansı sınmayacaq.

Verilmiş variantda klaviaturanın istifadəsi prosesində hansı klavişlərin sınacağını təyin etmək tələb olunur.

Giriş verilənləri

İlk sətirdə klaviaturadakı klavişlərin n (1n100) sayı verilir. İkinci sətirdə n sayda c1, c2, ..., cn tam ədədləri verilir, burada ci (1ci100000) i-ci klavişin basıla bilmə sayını ifadə edir. Üçüncü sətirdə basılmış klavişlərin ümumi sayını ifadə edən k (1k100000) tam ədədi, sonuncu sətirdə isə basılmış klavişlər ardıcıllığını ifadə edən k sayda pj (1pjn) tam əddələri verilir.

Çıxış verilənləri

Klavişlərin vəziyyəti haqqında informasiya ehtiva edən n sətir verməli. Əgər i-ci klaviş sınarsa, onda i-ci sətirdə "yes" (dırnaqsız) sözünü verməli, klaviş işəyararlıdırsa "no" sözünü verməli.

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
5
1 50 3 4 3
16
1 2 3 4 5 1 3 3 4 5 5 5 5 5 4 5
Çıxış verilənləri #1
yes
no
no
no
yes