Məsələlər
Universal Ədədlər
Universal Ədədlər
İbrahim ədədlərlə oynamağı çox sevir. O ədədləri qüvvətə yüksəltməyi təzə öyrənib və bu onun çox xoşuna gəlir. Fərhad bunu bildiyi üçün ondan n ədədini neçə müxtəlif üsulla eyni k əsaslı üç mənfi olmayan tam ədədin qüvvətinin cəmi şəklində göstərə biləcəyini soruşdu.
Başqa sözlə desək, n = ka
+ kb
+ kc
bərabərliyini ödəyən, müxtəlif mənfi olmayan tam (k, a, b, c) dördlüklərinin sayını tapmaq tələb olunur (k > 0).
İbrahimə bu məsələni həll etməkdə kömək edin.
Giriş verilənləri
Yeganə sətirdə bir tam ədəd n (4 ≤ n ≤ 1018
) verilir.
Çıxış verilənləri
Çıxışa bir tam ədəd müxtəlif dördlüklərin sayını verin.
Giriş verilənləri #1
4
Çıxış verilənləri #1
3
Giriş verilənləri #2
5
Çıxış verilənləri #2
6
Giriş verilənləri #3
10
Çıxış verilənləri #3
9