eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Dinonun böyük massivi

Dinonun böyük massivi

Bir gün Dino massivlərlə bağlı məsələ işləyəndə, bütün massivlərin ölçüsünün ən çoxu $10^6$ olduğunu gördü. Dino özü dinozavr olduğu üçün, bu ədəd ona çox kiçik gəldi. Buna görə də, o, böyük massiv yaratmaq qərarına gəldi. Dino ilk olaraq, boş bir massiv yaradır və $n$ ədəd cütlüyü seçir --- $(a_1, b_1), (a_2, b_2), ..., (a_n, b_n)$. O, daha sonra isə, bu cütlüklərin hər biri üçün massivə $a_i$ qədər $b_i$ ədədini daxil edir. Məsələn, birinci cütlük $(3, 5)$ olsa, massivə $3$ dəfə $5$ daxil olunacaq. Sonda isə, Dino qərara gəlir ki, bu massivi azalmayan sırada düzsün, amma massiv böyük olduğu üçün Dinonun kompüteri sıralama əməliyyatını yerinə yetirə bilmir. Ona isə, sıralanmış massivdə $k$-cı (massiv $1$-dən nömrələnir) ədəd maraqlıdır. Bu ədədi tapmaqda Dinoya kömək edin. \InputFile İlk sətirdə $n~(1 \le n \le 10^5)$ tam ədədi verilir. Növbəti $n$ sətrin $i$-cisində $(a_i, b_i)~(1 \le a_i, b_i \le 10^5)$ cütlüyü verilir. Sonuncu sətirdə isə $k$ ədədi verilir. Zəmanət verilir ki, massivdə $k$-cı ədəd mövcuddur. \OutputFile Çıxışa azalmayan sırada düzülmüş massivdəki $k$-cı ədədi verin.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
3
1 2
3 6
2 1
3
Çıxış verilənləri #1
2
Mənbə Azərbaycan Respublika Olimpiadasının yarımfinalı 2019-2020