eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Pulu bölüşdürmək

Pulu bölüşdürmək

Hüseyn və balaca qardaşı küçədə içində $n$ sayda əsginas olan pul kisəsi tapdılar. Pulun sahibini tapmaq mümkün olmadığından, onlar pulu aralarında bölüşdürmək qərarına gəldilər. Onlar pulu aralarında elə bölüşdürdülər ki, hər biri eyni miqdarda pul əldə etsin. Bu zaman kənarda qala biləcək ən az pul miqdarı qaldı. Həmin pulu da böyük qardaş olduğu üçün Hüseyn götürdü. Hüseynə çatan pulun miqdarını müəyyən edin. \InputFile Birinci sətirdə bir tam ədəd, $n~(1 \le n \le 500)$ --- pul kisəsindəki əsginasların sayı verilir. Növbəti $n$ sətrin hər birində bir müsbət tam ədəd $c_i$ --- $i$-ci əsginasın dəyəri (AZN ilə) verilir. Məlumdur ki, $c_1 + ... + c_n \le 10^5$. \OutputFile Çıxışa Hüseynə çatan pulun miqdarını verin. \Examples Nümunə 1. Hüseyn dəyəri $10$ AZN olan əsginası, qardaşı isə digər əsginasları ($4 + 2 + 3 + 1 = 10$ AZN) götürə bilər. Nümunə 2. İlkin bölüşmədə Hüseyn $19$ AZN olan əsginası, qardaşı isə $17$ AZN və $2$ AZN olan əsginasları götürə bilər. Bu halda dəyəri $3$ AZN olan əsginas da Hüseynə çatacaq. Beləcə Hüseyn $19 + 3 = 22$ AZN pul əldə edir.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 512 MiB
Giriş verilənləri #1
5
4
2
3
1
10
Çıxış verilənləri #1
10
Giriş verilənləri #2
4
3
17
2
19
Çıxış verilənləri #2
22
Mənbə 2022 Beynəlxalq Olimpiada Hazırlığ ı Qruplarına Seçmə İ mtahanı 29 Oktyabr