eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Şokolad sevər

Şokolad sevər

Əziz şokolad yeməyi çox xoşlayır. Lakin, dişlərə zərərli olduğu üçün atası ona çoxlu şokolad yeməyə icazə vermir. Bu dəfə Əziz atasını dilə tutaraq ondan hər gün bir şokalad yemək üçün icazə aldı. Onun iki növ sevimli şokoladı var. Onlardan biri $a$ qram digəri isə $b$ qramdır. Əzizin atası ona $n$ gün ərzində gündə bir şokolad yeməyə icazə verdi, amma ardıcıl iki gün eyni şokoladdan yeməyi qadağan etdi. İndi Əzizi yalnız bir sual düşündürür. O necə etsin ki, $n$ gün ərzində mümkün qədər çox (qramla) şokolad yesin. Əzizə bu işdə kömək edin. \InputFile Yeganə sətirdə üç tam ədəd $n, a$ və $b~(1 \le n, a, b \le 10^9)$ verilir. \OutputFile Çıxışa bir tam ədəd --- Əzizin $n$ gün ərzində yeyə biləcəyi toplam şokoladın maksimal kütləsini (qramla) verin.
Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
1 10 8
Çıxış verilənləri #1
10
Giriş verilənləri #2
3 1 2
Çıxış verilənləri #2
5
Mənbə 2019 Azərbaycan Milli İnformatika Olimpiadası, Final Turu, May 5