eolymp
bolt
Try our new interface for solving problems
Məsələlər

Qəribə ardıcıllıq

Qəribə ardıcıllıq

Verilmiş n ədədindən aşağıdakı S ardıcıllığı alınır:

S0 = n, Si = f(Si-1), i1

Burada f(x) - x ədədinin rəqəmlərini azalan sırada düzdükdə alınan ədədlə, artan sırada düzdükdə alınan ədədin fərqinə bərabərdir. Məsələn:

f(2214) = 42211224 = 2997

Qeyd edək ki, başdakı sıfırlar nəzərə alınmır.

Sk-nı tapın.

Giriş verilənləri

Yeganə sətirdə iki tam ədəd n (0n109) və k (0k105) verilir.

Çıxış verilənləri

Çıxışa Sk-nı verin.

Nümunə

Əgər n = 2214, k = 2, o zaman:

A0 = 2214,

A1 = f(2214) = 42211224 = 2997

A2 = f(2997) = 99722799 = 7173

Zaman məhdudiyyəti 1 saniyə
Yaddaşı istafadə məhdudiyyəti 128 MiB
Giriş verilənləri #1
757 334
Çıxış verilənləri #1
495
Mənbə İnformatika üzrə Azərbaycan Respublika Olimpiadasının yarımfinal mərhələsi (yuxarı yaş qrupu), 8 Mart 2022-ci il