Məsələlər
Simmetriya dərəcəsi
Simmetriya dərəcəsi

Natural ədədin onluq yazılışında rəqəmləri eyni olan və bu ədədin onluq yazılışının mərkəzinə nəzərən simmetrik yerləşən cütlüklərin sayını həmin ədədin simmetriya dərəcəsi adlandıracağıq. Əgər ədəddə hər hansı rəqəm onluq yazılışda ortada yerləşirsə, onu da özü ilə bir cütlük kimi saymaq lazımdır. n ədədinin simmetriya dərəcəsini tapın.
Giriş verilənləri
Giriş sətrində yeganə bir n (n < 2 ·10^9
) natural ədədi verilir.
Çıxış verilənləri
Çıxışa yeganə bir ədəd - n ədədinin simmetriya dərəcəsini verməli.
Nümunə
Giriş verilənləri #1
123322
Çıxış verilənləri #1
2